Bəzi informasiya sistemləri və mühafizə vasitələri mütləq sertifikatlaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bu tələb vətəndaşların və təşkilatların informasiya təminatı üçün istifadə olunan sistemlərə də aiddir.
Konfidensial informasiya ilə işləyən dövlət qurumlarının sistemləri də sertifikatlaşdırılmalıdır.
İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi xüsusi razılıq əsasında həyata keçiriləcək.
Həmin vasitələrin istehsalı da xüsusi icazə tələb edir.
Qanun informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsini hədəfləyir.