İnformasiya sistemlərinin mülkiyyətçiləri və istifadəçiləri üçün yeni məsuliyyət qaydaları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
İnformasiyanın istifadəçiyə təqdim edilməsi qanunvericiliyə uyğun həyata keçirilməlidir.
Sənədlərlə işləməyə buraxılma qaydalarını müvafiq qurumlar müəyyən edir.
Sertifikatlaşdırılmamış informasiya sistemlərindən istifadəyə görə onların sahibi məsuliyyət daşıyacaq.
Belə sistemlərdən əldə edilən məlumatlardan istifadəyə görə isə məsuliyyət istifadəçinin üzərinə düşəcək.
Bu qaydalar informasiya sistemlərinin təhlükəsiz istifadəsini təmin etməyə yönəlib.