Bank icazəsiz mühüm iştirak payı əldə etdikdə Mərkəzi Bank yazılı sərəncam göndərəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Sərəncamla iştirak payının müəyyən edilmiş tarixədək ləğvi tələb olunacaq.
Bəzi hallarda verilmiş icazənin qüvvədən düşdüyü də bildiriləcək.
Qanun icazə proseduruna əməl olunmasını məcburi edir.
