Banklara topdansatış və pərakəndə ticarət, istehsal, tikinti və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq qadağan edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlar nəqliyyat, yataqların işlənilməsi və sığorta fəaliyyəti də həyata keçirə bilməzlər.
Bankların bu sahələrdə tərəfdaş və ya payçı kimi iştirakı da məhdudlaşdırılır.
İstisna yalnız qanunda nəzərdə tutulmuş hallarda mümkündür.