Şübhəli maliyyə əməliyyatlarının icrası qanunla müəyyən edilmiş qaydada dayandırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Banklar hədəfli maliyyə sanksiyalarına məruz qalan şəxslərin aktivlərini dərhal dondurmalıdırlar.
Bu barədə müvafiq dövlət orqanlarına və maliyyə monitorinqi orqanına məlumat verilməlidir.
Məlumatlandırma həmin şəxslərə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçiriləcək.
