Banklar müştərilər barədə məlumatların məxfiliyini təmin etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, bank hesabları, hesab üzrə əməliyyatlar və qalıqlar barədə məlumatlar bank sirri hesab olunur.
Müştərinin adı, ünvanı, rəhbərləri və bank saxlancındakı əmlakı barədə məlumatlar da bank sirrinə daxildir.
Bank bu məlumatların məxfiliyinə təminat verir.
