Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İrandan gizli şəkildə Yəməndəki Husiləri dayandırmağa kömək etməsini istəyib.
Heftelik.az xəbər verir ki, bu barədə Reuters-ə məsələdən məlumatlı üç iranlı mənbə bildirib.
Mənbələrin sözlərinə görə, Husilər Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı ətrafında sürətli irəliləyişlər etdikdən sonra Ər-Riyad kömək üçün Çinə müraciət edib.
Qeyd edək ki, Husilərin Səudiyyə Ərəbistanı ərazisində yerləşən enerji infrastrukturuna hücumları davam edir. Hücumlar nəticəsində Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəməri fəaliyyətini dayandırıb.
