Banklar məcmu kapitallarını Mərkəzi Bankın müəyyən etdiyi minimum səviyyədən aşağı saxlamamalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Xarici bankların yerli filiallarına da analoji tələb tətbiq olunur.
Məcmu kapitalın strukturu və hesablanması qaydasını Mərkəzi Bank müəyyən edəcək.
Bu tələb bankların maliyyə dayanıqlığını təmin etməyə yönəlib.
