Əcnəbi fiziki şəxslər bankın kapitalında mühüm iştirak payı almaq üçün əlavə sənədlər təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlardan maliyyə təşkilatlarının müsbət tövsiyələri və ya bank hesablarından çıxarışlar tələb olunur.
Cinayət məsuliyyətinə cəlb olunub-olunmaması barədə leqallaşdırılmış arayış da təqdim edilməlidir.
Bu tələb Azərbaycanda daimi yaşayan əcnəbilərə münasibətdə müəyyən istisnalar nəzərdə tutur.
