Avtomobil yolları və nəqliyyat vasitələri ilə bağlı vahid standartlar müəyyən ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu tələblər yolların tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına şamil olunacaq.
Azərbaycanda istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyası və texniki vəziyyəti də bu tələblərə uyğun olmalıdır.
Həmin standartlara əməl olunmasına dövlət nəzarət edəcək.