Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi fəaliyyət göstərəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Audit Komitəsi bankın audit siyasətini və strategiyasını müəyyən edəcək.
Komitə daxili audit planlarını da təsdiqləyəcək.
Eyni zamanda audit bölməsinin fəaliyyətinə nəzarət həyata keçiriləcək.