Müşahidə Şurası bankın etibarlı idarə olunması üçün daxili qaydalar qəbul edəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Şura prudensial idarəetmə ilə bağlı əsasnamələri də təsdiqləyəcək.
Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət proqramı hazırlanacaq.
Bu proqramın tətbiqinə də Müşahidə Şurası nəzarət edəcək.