Şəkidə fərdi yaşayış evi yanıb, ev sahibəsi yanıq xəsarətləri alıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verur ki, hadisə Oxut kəndi ilə Qoxmuq kəndi arasında yeni salınmış yaşayış massivində qeydə alınıb.
Oxut kənd sakini Surqa Yadigar qızı Hümmətovaya məxsus, kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində dam örtüyü və mətbəxtinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi və ətraf ərazi yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə Şəki rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub.
Yanğın zamanı ev sahibəsi Surqa Hümmətova bədənin hər iki yuxarı ətrafın əllərindən, sinə və üz nahiyəsindən yanıq xəsarətləri alıb.
Qadına hadisə yerində yardım edilib.
Faktla bağlı araşdırma aparılır.
_1789642372.jpeg)
