Türkiyənin “Trabzonspor” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisi məlumat yayıb.

Superliqa klubu alman mütəxəssis Tomas Raysla anlaşdığını bəyan edib. O, bu postda Fatih Tekkeni əvəzləyib.

Xatırladaq ki, “Trabzonspor” Superliqada 5 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.