Mərkəzi Bank bəzi hallarda banka iştirak payını özgəninkiləşdirmək barədə göstəriş verə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələb xarici bank üzərində lazımi nəzarət olmadıqda tətbiq ediləcək.
Eyni qayda nəzarət orqanının əməkdaşlıqdan imtina etdiyi hallara da şamil olunur.
Bank müəyyən olunmuş müddətdə həmin payı satmalı və ya geri almalıdır.