Bankların digər hüquqi şəxslərin kapitalında iştirakı müəyyən hədlərlə məhdudlaşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
İştirak payının balans dəyəri bankın məcmu kapitalının 10 faizini keçə bilməz.
Bütün belə iştirak paylarının ümumi balans dəyəri isə məcmu kapitalın 40 faizindən çox ola bilməz.
Bu məhdudiyyət bankların risklərinin idarə olunmasına yönəlib.
