Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin maliyyə və təsərrüfat fəaliyyəti geniş şəkildə təhlil ediləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.

Yoxlayıcılar bank hesabları, lisenziyaların mövcudluğu və nəzarət-kassa aparatlarından istifadə vəziyyətini araşdıracaqlar.

Vergi ödəyicisinin rezident və ya qeyri-rezident statusu da yoxlama predmetlərindən biri olacaq.

Təqdim edilməmiş bəyannamələr və hesabatlar müəyyən edilərək ayrıca təhlil olunacaq.

Gəlirlərin əldə edilmə mənbələri, ƏDV öhdəlikləri və vergitutma obyektlərinin düzgün müəyyənləşdirilməsi də qiymətləndiriləcək.

Zəruri hallarda əlavə sənədlər tələb ediləcək, ekspertiza təyin olunacaq və obyektlərə baxış keçiriləcək.