Bank sirrini təşkil edən məlumatların təqdim olunması qaydası müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Belə məlumatlar müştərinin özünə, səlahiyyətli nümayəndəsinə və ya yazılı razılığı olan üçüncü şəxslərə verilə bilər.
Razılıq ayrıca sənəd formasında rəsmiləşdirilməli və qanunvericilikdə nəzərdə tutulan qaydada imzalanmalıdır.
Razılıqda məlumatın veriləcəyi şəxslər və təqdim ediləcək məlumatın həcmi dəqiq göstərilməlidir.