Müştərinin bankdakı pul vəsaiti və digər sərvətləri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanun müsadirə üçün məhkəmə qərarını əsas şərt kimi müəyyən edir.
Banklar bu prosesi yalnız qərara uyğun icra edirlər.
Bu qayda mülkiyyət hüququnun qorunmasına xidmət edir.