Bankların bazarın inhisara alınmasına yönəlmiş sazişlər bağlaması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Rəqabəti məhdudlaşdıran razılaşdırılmış əməliyyatlara da yol verilmir.
Bu qaydalara əməl olunmasına Mərkəzi Bank nəzarət edəcək.
Məqsəd sağlam rəqabət mühitinin qorunmasıdır.