Yol tikintisi layihələrində əlilliyi olan şəxslərin ehtiyacları da nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Layihələrdə yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər əks olunmalıdır.
Bu tədbirlər layihələrin ayrılmaz hissəsi hesab edilir.
Belə yanaşma daha əlçatan və təhlükəsiz yol infrastrukturunun yaradılmasını nəzərdə tutur.
