Piyada keçidləri insanların sıx istifadə etdiyi obyektlərin yaxınlığında yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bura məktəblər, xəstəxanalar, iri ticarət obyektləri və dayanacaqlar daxildir.
Zəruri hallarda piyada keçidlərində svetofor quraşdırılması tələb olunur.
Bu qayda piyadaların təhlükəsiz hərəkətinə xidmət edir.
