Bankın kapitalında mühüm iştirak payına malik olan şəxslər paylarını müəyyən hədlərdən aşağı salmazdan əvvəl Mərkəzi Bankı məlumatlandırmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələb 20, 33 və 50 faiz hədlərinə şamil olunur.
Məlumat yazılı formada təqdim edilməlidir.
Beləliklə, pay strukturunda dəyişikliklər əvvəlcədən nəzarətə götürüləcək.
