İnformasiyalaşdırma mühitində istifadəçilərin hüquqlarının müdafiəsi ilə bağlı yeni təminatlar müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
İnformasiyanı qəsdən korlayan və ya dəyişdirən şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyacaqlar.
Pozulmuş hüquqların bərpası və dəymiş ziyanın ödənilməsi təmin ediləcək.
İstifadəçi məlumat əldə etmək hüququ pozulduqda yuxarı orqana, Ombudsmana və məhkəməyə müraciət edə biləcək.
Vəzifəli şəxslər informasiya hüququnun əsassız məhdudlaşdırılmasına görə məsuliyyət daşıyacaqlar.
Qaydalar vətəndaşların informasiya hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.
