Qanun informasiyanın mühafizəsinin əsas məqsədlərini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
İnformasiyanın məhv edilməsinin, itirilməsinin və saxtalaşdırılmasının qarşısı alınmalıdır.
Dövlət sirri və konfidensial məlumatların qorunması əsas vəzifələrdən biridir.
Qanunsuz surətçıxarma və dəyişikliklərin qarşısının alınması da məqsədlər sırasındadır.
Bununla yanaşı, fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması təmin edilir.
Qanun informasiya təhlükəsizliyinin kompleks şəkildə təşkilini nəzərdə tutur.