Yolların təhlükəsiz vəziyyətdə saxlanılmamasına görə məsul şəxslər qanunla müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Dövlət, yerli və özəl yollar üzrə fərqli qurumlar məsuliyyət daşıyırlar.
Nəzarət funksiyasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirəcək.
Yolun yararsız vəziyyəti nəticəsində dəymiş maddi zərər məsul şəxslər tərəfindən ödənilməlidir.