“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
Heftelik.az-ın xəbərinə görə, Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib.
Tahir Gozal bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.
Bundan əvvəl Tahir Gozal 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasında da Əhməd Gozalı əvəzləyib. Bu təyinatdan sonra Əhməd Gozalın təyin etdiyi kadrların Azersun Holding”in yzaqlaşdırlması ilə bağlı mediada məlumatlar yayılıb.
Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” ASC bu ilin ikinci yarısında xərclərinin sürətlə artması ilə diqqət çəkib.
Tahir Gozalhəm də “Qarabağ” Futbol Klubunun prezidentidir.
