Audit Komitəsi ən azı üç nəfərdən ibarət tək sayda üzvlərlə formalaşdırılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Komitə üzvləri Müşahidə Şurası tərəfindən üç ildən çox olmayan müddətə təyin ediləcəklər.
Onlar növbəti müddət üçün yenidən seçilə bilərlər.
Komitənin sədri üzvlər arasından Müşahidə Şurası tərəfindən müəyyən ediləcək.
