Müşahidə Şurası bankın fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edə biləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Şura daxili və kənar auditorların hesabatlarını nəzərdən keçirəcək.
Yoxlamaların nəticələrinə uyğun tədbirlər görüləcək.
Müşahidə Şurası qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri də həyata keçirəcək.
