Bankın təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Sonrakı ümumi yığıncaqlar üçün səsvermə hüququ olan səhmlərin azı 60 faizinin təmsil olunması tələb edilir.
Ən mühüm qərarlar 75 faiz səs çoxluğu ilə qəbul olunur.
Digər məsələlər üzrə qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir.