Banklar kapitaldakı pay dəyişikliklərindən xəbər tutduqları anda Mərkəzi Banka məlumat verməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələb qanunda göstərilən iştirak payı hədlərinin dəyişməsinə səbəb olan hallara aiddir.
Banklar mühüm iştirak payına malik səhmdarlar barədə məlumatları da təqdim etməlidirlər.
Həmin məlumatlar ildə iki dəfədən az olmayaraq yazılı şəkildə göndərilməlidir.
