Mühüm iştirak payı almaq istəyən şəxs istifadə etdiyi vəsaitin mənbəyini açıqlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Şəxsin digər bank və hüquqi şəxslərdəki mühüm iştirak payları barədə də məlumat verilməlidir.
Bu tələb maliyyə şəffaflığının təmin edilməsinə xidmət edir.
Mərkəzi Bank təqdim olunan məlumatları qiymətləndirəcək.
