Bankın nizamnamə kapitalı yalnız milli valyutada ödənilən vəsait hesabına formalaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Eyni tələb xarici bankların yerli filiallarının kapitalına da aiddir.
Kapital yalnız səhmdarların və ya xarici bankın pul vəsaiti hesabına yaradılacaq.
Qanun başqa formada ödənişlərin tətbiqini nəzərdə tutmur.