Banklar başqa hüquqi şəxslərdə mühüm iştirak payını yalnız Mərkəzi Bankın yazılı icazəsi ilə əldə edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu qayda iştirak payının artırılması hallarına da şamil olunur.
Eyni zamanda hüquqi şəxsin bankın törəmə strukturuna çevrilməsi üçün də icazə tələb edilir.
Beləliklə, Mərkəzi Bank bu prosesə əvvəlcədən nəzarət edəcək.
