
Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin əmlak və mallarının inventarizasiyasının aparılması nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
İnventarizasiya daşınar və daşınmaz əmlakı, qeyri-maddi aktivləri və pul vəsaitlərini əhatə edə bilər.
Bu tədbirin əsas məqsədi gizlədilmiş əmlakın və vergidən yayınma hallarının aşkarlanmasıdır.
Faktiki mövcud əmlak mühasibat uçotu məlumatları ilə müqayisə edilir.
Həmçinin öhdəliklərin tam əks etdirilib-etdirilmədiyi də yoxlanılır.
Aşkar olunan uyğunsuzluqlar vergitutmanın düzgün aparılması baxımından qiymətləndirilir.
