Növbədənkənar səyyar vergi yoxlaması zamanı əvvəlcədən bildiriş təqdim edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Yoxlama qərarın imzalanmasından sonrakı gündən başlanmalıdır.
Yoxlayıcı xidməti vəsiqəsini təqdim etməlidir.
Vergi ödəyicisinə yoxlamanın hüquqi əsasları və müddəti izah olunmalıdır.
Yoxlamaya əsas verən sənədlər təqdim edildikdən sonra səbəblər də açıqlanır.
Bu tələblər yoxlamanın şəffaf keçirilməsinə xidmət edir.
