Bəzi hallarda dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi səyyar yoxlamaya səbəb ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.
Bu, kameral yoxlamadan sonra əlavə məlumat aşkar edildiyi hallara aiddir.
Vergi orqanı əvvəlcə vergi ödəyicisinə bildiriş göndərir.
Bildirişdən sonra on iş günü ərzində dəqiqləşdirilmiş bəyannamə təqdim edilməlidir.
Kənarlaşmalar aradan qaldırılmazsa səyyar yoxlama məsələsinə baxılır.
Qərar Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla qəbul edilir.