Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi mexanizmlər tətbiq olunacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Təhlükəsizlik müəyyən olunmuş tələblərin tətbiqi və uyğunluğun qiymətləndirilməsi yolu ilə təmin ediləcək.
Uyğunsuzluqlar aşkar edildikdə onların aradan qaldırılması tələb olunacaq.
Dövlət sirri və fərdi məlumatlarla bağlı sistemlər üçün əlavə təhlükəsizlik tələbləri tətbiq ediləcək.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi qaydalarını səlahiyyətli qurum təsdiq edəcək.
Bu mexanizm strateji informasiya sistemlərinin etibarlılığını artırmağa yönəlib.