Sənədləşdirilmiş informasiya qanunsuz müdaxilədən qorunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
İnformasiyanın mühafizə rejimi onun hüquqi statusundan asılı olaraq müəyyən edilir.
Bu sahədə “Dövlət sirri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunların tələbləri tətbiq olunur.
İnformasiya mülkiyyətçisi əlavə mühafizə qaydaları da müəyyən edə bilər.
Məsul struktur bölmələr tələblərin yerinə yetirilməsinə nəzarət edir.
Pozuntu aşkar olunduqda informasiya ilə işləmək dayandırıla bilər.