Avtomobil yollarından istifadə zamanı sürücülər müəyyən edilmiş qaydalara əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yollarda yalnız dövlət qeydiyyatından keçmiş və texniki cəhətdən saz nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Nəqliyyat vasitələri əsasən yolun hərəkət hissəsində hərəkət etməlidirlər.
Nasaz nəqliyyat vasitələri vaxtında yolun təhkim zolağından kənarlaşdırılmalıdır.