Hörmüz boğazında tankerə hücum edilib.

Heftelik.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları təşkilatı (UKMTO) məlumat yayıb.

Bildirilib ki, naməlum obyektlərlə hədəfə alınan tankerdə 2 nəfər xəsarət alıb.

Gəminin hansı ölkəyə məxsus olduğu barədə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.