Qanunda yaşayış məntəqələrində piyada keçidləri arasında məsafə ilə bağlı tələblər təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr olmalıdır.
Digər avtomobil yollarında isə piyada keçidləri arasında məsafə 150-300 metr müəyyən edilib.
Bu normalar piyadaların təhlükəsiz keçid imkanlarını artırmağa xidmət edir.