Avtomobil yollarının tikintisi və təmirinə dair layihələr ekspertizadan keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Ekspertiza layihələrin təhlükəsizlik standartlarına uyğunluğunu müəyyən etmək məqsədi daşıyır.
Aşkar edilən uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra layihələr razılaşdırılır.
Bu qayda yol hərəkətinin təhlükəsizliyinin artırılmasına xidmət edir.
