Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər üçün iş və istirahət rejimi müəyyən ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Həmin qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Qaydalar taxoqraflardan istifadə və onlara nəzarəti də əhatə edəcək.
Bu yanaşma yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.
