Vasitəçi ödəniş sərəncamının təchizatçı tərəfindən alındığını və əməliyyatın autentifikasiya edildiyini sübut etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. O, həmçinin ödəniş sərəncamının düzgün qeydə alındığını təsdiqləməlidir. Vasitəçi öz tərəfindən baş vermiş texniki nasazlıq və ya digər çatışmazlığın əməliyyata təsir etmədiyini də sübut etməlidir. Bu hallar sübut edilmədikdə vasitəçi ödəniş sərəncamının icra edilməməsinə və ya səhv icrasına görə məsuliyyət daşıyır. Pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi də bu məsuliyyətə daxildir.
