Müştərinin razılığı olmadan bank sirrinin açıqlanacağı hallardan biri müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı bank sirrini təşkil edən məlumatlar Mərkəzi Banka təqdim edilə bilər.
Bu halda müştərinin ayrıca razılığı tələb olunmur.
Məlumatların təqdim edilməsi yalnız qanunda nəzərdə tutulan məqsədlərlə həyata keçirilir.