ABŞ hərbi təzyiqi azaltsa və blokadanı aradan qaldırsa, İran Hörmüz boğazını 7 gün ərzində açmağa hazırdır.
Heftelik.az xəbər verir ki, bu barədə anonim İran rəsmisi Reuters-ə bildirib.
“ABŞ məsələni diplomatik yolla həll etmək niyyətini bəyan etməli, bunu rəsmiləşdirməli və prosesin necə irəliləyəcəyi haqqında vaxt cədvəli üzrə razılığa gəlməlidir”, – mənbə bildirib.
O əlavə edib ki, BMT Baş Assambleyasında İranı təmsil edən nümayəndə heyəti ABŞ-la diplomatiyanı dirçəltmək üçün tam səlahiyyətlidir.
