“Yerin təki haqqında” yeni qanun layihəsi hazırlanacaq.

Heftelik.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov  Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

“Çağırışlarımız da var və burada biz bu çağırışları ünvanlamaq üçün nəzərdə tutulan yanaşmaları məruzə edirik. Əsas məsələlərdən biri hüquqi və institusional bazanın müasirləşdirilməsidir. Bu məqsədlə “Yerin təki haqqında” yeni qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması nəzərdə tutulur”, –  deyə nazir qeyd edib.