Məşhur opera müğənnisi Anna Netrebko 55 yaşını Parisdə qeyd edib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, sənətçi ad günü ilə bağlı yeni fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Fotolarda Netrebko Eyfel qülləsinin fonunda poza verib. O, açıq çəhrayı rəngli qısa don seçimi ilə diqqət çəkib.
Hazırda Anna Netrebko Vyanada yaşayır və Vyana Dövlət Operasında çıxış edir. Sənətçi 2015-2024-cü illərdə Azərbaycanın Xalq artisti Yusif Eyvazovla evli olub.
Netrebko boşanmadan sonra münasibətlərinin bitməsinin əsas səbəblərindən birinin məsafə olduğunu bildirib. Onun sözlərinə görə, evlilik dövründə Eyvazov Bakıda, özü isə oğlu ilə birlikdə Vyanada yaşayıb.



