“Real” 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki,  7 oyundan sonra “Real” oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət ediblər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir.

Liqanın orta göstəricisi 93,37 kilometrdir.

Müqayisə üçün, “Barselona” hər oyunda orta hesabla 104,64 kilometr məsafə qət edir, “Elçe” isə 105,61 kilometr ilə liderlik edir. “Atletik” də ilk üçlükdədir (103,59 kilometr).